Bank Of Baku

«Xalq Bank» bu ilin I rübündə depozit portfelini 61% genişləndirib

«Xalq Bank» bu ilin I rübündə depozit portfelini 61% genişləndirib
# 28 aprel 2011 08:23 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC-nin depozit portfelinin həcmi 2011-ci ilin aprelin 1-nə 453,524 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 61% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın müddətli depozitlərinin həcmi 61,2% genişlənərək 355,960 mln. manata, tələb olunanadək depozitlər 60% artaraq 97,564 mln. manat, əhalinin əmanətləri isə 70% artaraq 364,983 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın qiymətli kağızlar bazarına yatırdığı investisiyaların həcmi 9,7 dəfə artaraq 1, 059 mln. manat olub.

Qeyd edək ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın ölkə üzrə 12 filialı, 29 bankomatı, 45 POS-terminalı və 402 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR