Bank Of Baku

Bakıda Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrə həsr olunmuş konfrans keçirilir

Bakıda Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrə həsr olunmuş konfrans keçirilir
# 28 aprel 2011 08:49 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Bakıda «Qloballaşma şəraitində sosial-iqtisadi inkişaf» mövzusunda Azərbaycan-Türliyə əməkdaşlıq konfransı işə başlayıb. «APA-Economics»in xəbər verdiyi kimi, konfransda Azərbaycan tərəfindən bir sıra dövıət qurumları, Türkiyə tərəfindən Dövlət Planlama Təşkilatının Xarici İqtisadi Əlaqələr Baş İdarəsinin müdiri Mətin Ekerin başçılıq etdiyi nümayəndə heyəti iştirak edir.

Tədbiri giriş sözü ilə açan Azərbaycan İqtisadi İnkişaf Nazirliyi Aparatının rəhbəri Samir Vəliyev ölkədə həyata keçirilən iqtisadi inkişaf strategiyası nəticəsində əldə olunmuş nailiyyətlərdən danışaraq qeyd edib ki, son illər ərzində əsas makroiqtisadi göstəricilər dəfələrlə artıb. O, bildirib ki, Azərbaycan iqtisadiyyatının Cənubi Qafqaz regionunda payı təxminən 71% təşkil edir.

Azərbaycanla Türkiyə arasında münasibətlərə gəlincə, S.Vəliyev bəyan edib ki, hazırda ölkədə 1 000-dən çox türk şirkəti fəaliyyət göstərir və 2002-ci ildən başlayaraq onlar tərəfindən iqtisadiyyata yönəldilən sərmayələrin həcmi 2 mlrd. dollara çatıb, bu da Azərbaycanın qeyri-neft sektoruna sərmayə yatıran ölkələr arasında ən yüksək göstəricidir. Eyni zamanda, iki ölkə arasında illik ticarət dövriyyəsi təxminən 1 mlrd. dollar təşkil edir, lakin siyasi və iqtisadi əlaqələrin güclü olması baxımından, bu, S.Vəliyevin fikrincə, iqtisadi potensialından aşağıdır.

S.Vəliyev həmçinin Azərbaycan və Türkiyə ilə birlikdə həyata keçirilmiş və hazırda icra olunan iri layihələrə də toxunub və bu baxımdan Bakı-Tiflis-Ceyhan neft, Bakı-Tiflis-Ərzurum qaz boru kəmərləri və Bakı-Tiflis-Qars dəmir yolunun tikintisini uğurlu layihələr kimi qiymətləndirib.

Tədbirdə çıxış edən Türkiyə nümayəndə heyətinin başçısı M.Eker iki ölkə arasında əlaqələrin sıx olduğunu və bundan sonra da inkişaf edəcəyinə ümid etdiyini bildirib.

Konfrans zamanı Azərbaycan və Türkiyə nümayəndələrinin məruzələrlə çıxış edəcəyi, iqtisadi məsələləri üzrə müzakirələrin aparılacağı gözlənilir. Konfrans aprelin 30-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR