Bank Of Baku

Türkiyə Qırğızıstanın 50 mln. dollarlıq borcunu silib

Türkiyə Qırğızıstanın 50 mln. dollarlıq borcunu silib
# 28 aprel 2011 11:04 (UTC +04:00)
Bakı - APA-Economics. Türkiyə Qırğızıstanın 50 mln. dollarlıq borcunu silib. “APA-Economics”in Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu barədə Qırğızıstanın baş naziri Almazbek Atambayev açıqlama verib.

Ankarada keçirilən Türkiyə-Qırğızıstan Ticarət və İnvestisiya Forumuna qatılan A.Atambayev bildirib ki, müvafiq razılaşma dünən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşdə əldə olunub.

A.Atambayev görüşün detallarını da açıqlayıb: “Tayyib bəyi pul verməsi üçün sıxışdırdıq. O da “mənə niyə təzyiq edirsən?” deyə soruşdu. Cavab verdim ki, sizdən başqa böyük qardaşımız yoxdur. Tayyib bəy də 50 mln. dollar borcumuzu sildi”.

Qırğızıstanın baş naziri qeyd edib ki, Türkiyə son 10 ildə borc istəyən ölkədən borc verən ölkəyə çevrilib: “Arzumuz Ankaradan Moskvaya qədər bir birlik olmasıdır. İki ölkə arasında viza rejiminin aradan qaldırılmasını alqışlayırıq. İyun ayında Çinlə imzalayacağımız saziş Çindən Qırğızıstana və Türkiyəyə uzanan dəmir yolu tikilməsini nəzərdə tutur. Zamanında bizim babalar da Türkiyəyə vizasız, işləmək icazəsi olmadan gəldi və Osmanlı imperatorluğunun təməli atıldı”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR