Bank Of Baku

İqtisadi Tədqiqatlar Mərkəzi: Yay aylarında Azərbaycanda deflyasiya olacaq

İqtisadi Tədqiqatlar Mərkəzi: Yay aylarında Azərbaycanda deflyasiya olacaq
# 28 aprel 2011 11:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu il ərzində Azərbaycanda inflyasiyanın ikirəqəmli səviyyəyə çatacağı gözlənilir. Bunu «APA-Economics»ə açıqlamasında İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri Qubad İbadoğlu bildirib.

Q.İbadoğlunun sözlərinə görə, İTM tərəfindən aparılan araşdırmalar nəticəsində 2011-ci ildə inflyasiyanın 11,2% olacağı proqnozlaşdırılır: «May ayında aylıq inflyasiyanın 0,2% olacağı, iyunda 0,3%, iyulda isə 0,1%-lik deflyasiyanın olacağı gözlənilir. Deflyasiyanın yaranması mövsümü amillərlə bağlıdır».

Q.İbadoğlu bildirib ki, yay aylarından sonra, ilin sonunadək inflyasiyanın tədricən aktivləşəcəyi proqnozlaşdırılır. Nəticədə, ilin son ayında, dekabrda aylıq inflyasiyanın 1,5%-ə çatacağı gözəlinilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR