Bank Of Baku

«Bank Respublika» alman səhmdarları ilə əməkdaşlığın 6 illiyini qeyd edib

«Bank Respublika» alman səhmdarları ilə əməkdaşlığın 6 illiyini qeyd edib
# 28 aprel 2011 12:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» ASC Almaniyanın maliyyə təşkilatları ilə əməkdaşlığının 6 illiyini qeyd edib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 6 il öncə «Bank Respublika» və Almaniyanın maliyyə təşkilatları arasında tarixi müqavilə imzalanıb və həmin andan KfW Bank Qrupunun üzvü olan DEG İnvestisiya Şirkəti və «Sparkassen-Finanzgruppe» Maliyyə Qrupunun üzvü olan SIDT «25%+1 səhm» paketi ilə «Bank Respublika»nın səhmdarları sırasına daxil olub.

«Bu əməkdaşlıq bankın inkişafında böyük rol oynayıb, müştərilərin və xarici tərəfdaşların banka qarşı olan etibarı artıb. Belə ki, beynəlxalq əməkdaşlıq proqramları üzrə müxtəlif xarici maliyyə təşkilatları tərəfindən «Bank Respublika» üçün 290 mln. ABŞ dollarından çox məbləğdə kredit xətləri açılıb, bu daha sərfəli şərtlərlə müştərilərə uzunmüddətli kreditlər və ticarətin maliyyələşdirilməsi üzrə xidmətlər təqdim etmək üçün bankın imkanlarını genişləndirib», - deyə «Bank Respublika»dan bildirilib.

Bundan başqa, 2008-ci və 2009-cu illərin yekunlarına əsasən, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) «Bank Respublika»nı «Azərbaycanda ticarətin maliyyələşdirilməsi üzrə ən fəal bank» mükafatına layiq görüb. Bu iki il ərzində bank ticarətin maliyyələşdirilməsi üzrə 57 mln. dollardan çox məbləğdə əməliyyatlar həyata keçirib.

Xatırladaq ki, «Bank Respublika» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvarın 1-nə bankın 27 filialı, 44 bankomatı və 260 POS-terminalı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR