Bank Of Baku

Azərbaycan Vergilər Nazirliyinin İdarə rəisi: «Fiziki şəxslər müxtəlif üsullarla vergidən yayınmağa çalışırlar»

Azərbaycan Vergilər Nazirliyinin İdarə rəisi: «Fiziki şəxslər müxtəlif üsullarla vergidən yayınmağa çalışırlar»
# 28 aprel 2011 13:30 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında Vergilər Nazirliyinin Baş İdarə rəisi Zaur Fətizadə bildirib.

Xatırladaq ki, 2009-cu ildə Vergi Məcəlləsinə edilən dəyişikliklərdə fiziki şəxslərdən gəlir vergisinin maksimal məbləği 35%-dən 30%-ə endirilib.

Baş İdarə rəisinin sözlərinə görə, hazırda Nazirlik vergi bazasının gözlənilən artımın baş verməsinin səbəblərini araşdırır: «Bütün iqtisadi qanunauyğunluqlara görə, vergilərin aşağı salınması vergi ödəyicilərini vergiləri ödəməyə həvəsləndirməli və vergitutma bazasının genişlənməsinə səbəb olmalı idi. Lakin bu baş verməyib».

Z.Fətizadə bildirib ki, 2010-cu ildə fiziki şəxslərdən gəlir vergisi üzrə proqnozun icra olunmamasının (kəsir - 10%) bir səbəbi də budur: «Adamlar vergi ödəmir, gəlirlərini göstərmirlər. Bildirirlər ki, işçiləri yaxın adamlarıdır və onlar pulsuz işləyir». Nəticədə, təqribi qiymətləndirmələrə görə, hazırda gəlir vergisinə cəlb oluna bilən məbləğin təqribən 30-40%-i vergidən yayındırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR