Bank Of Baku

«Texnikabank» məcmu kapitalını kəskin artırıb

«Texnikabank» məcmu kapitalını kəskin artırıb
# 28 aprel 2011 13:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» ASC-nin məcmu kapitalı 2011-ci ilin aprelin 26-sı vəziyyətinə 89,5 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 53,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, təkcə bu ilin aprel ayında bankın məcmu kapitalı 37% atıb.

Bundan başqa, bankın plastik kartlarının sayı bu ilin aprel ayının 26-na 51 323, bankomatların sayı 81, POS-terminalların sayı isə 602 ədəd təşkil edib.

Xatırladaq ki, «Texnikabank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın aktivləri 545,6 mln. manat, kredit portfeli 382,21 mln. manat, depozit portfeli 275,68 mln. manat, nizamnamə kapitalı isə 64,755 mln. manat olub.

Xatırladaq ki, «Texnikabank» 1993-cü ildən fəaliyyət göstərir. Hazırda bankın 35 filialı və 633 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR