Bank Of Baku

Regionlarda qadın sahibkarlığının inkişafı layihəsinin icrasına başlanılıb

Regionlarda qadın sahibkarlığının inkişafı layihəsinin icrasına başlanılıb
# 28 aprel 2011 14:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərbaycan Sənaye Bankı» ASC-nin dəstəklədiyi Regionlarda qadın sahibkarlığının inkişafı layihəsinin icrası ilə bağlı Sumqayıtda tədbir keçirilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, layihənin əsas məqsədi qadınlara sosial-iqtisadi vəziyyətlərinin yaxşılaşdırılması üçün idarə etdikləri kommersiya müəssisələrinə dəstəyin göstərilməsi və genişləndirilməsi olub. Layihənin əsas hədəf qrupları regionlarda məskunlaşmış, bizneslə məşğul olan sahibkar qadınlar və ya biznes fəaliyyətinə başlamaq arzusunda olan tələbələr, müəllimlər, valideynlər və icma liderləridir.

Layihənin qarşıya qoyduğu məqsədlərdən biri də Regionların sosial-iqtisadi İnkişafı üzrə Dövlət Proqramı, Yoxsulluğun Azaldılması və İqtisadi İnkişaf üzrə Dövlət Proqramı və bu sahədə həyata keçirilən digər dövlət proqramlarının icrasına dəstək verməkdir.

Xatırladaq ki, layihə Gəncə, Sumqayıt və Bakı şəhərlərini əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR