Bank Of Baku

«Kredit ittifaqları haqqında» qanun layihəsi Azərbaycan Mərkəzi Bankına təqdim edilib

«Kredit ittifaqları haqqında» qanun layihəsi Azərbaycan Mərkəzi Bankına təqdim edilib
# 29 aprel 2011 07:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Kredit ittifaqları haqqında» qanuna əlavə və dəyişikliklərlə bağlı hazırlanmış ilkin layihə Azərbaycan Mərkəzi Bankına (AMB) təqdim edilib. Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Kredit İttifaqları Assosiasiyası (AKİA) İdarə Heyətinin sədri Elçin Bağırov bildirib.

E.Bağırovun sözlərinə görə, növbəti həftə ərzində AMB-nin İdarə Heyəti tərəfindən yeni qanun layihəsi müzakirə olunacaq. Müzakirələrin nəticəsi olaraq, AKİA bununla bağlı ətraflı məlumatlandırılacaq.

Xatırladaq ki, AKİA 2003-cü ildən fəaliyyət göstərir. Azərbaycandakı kredit ittifaqlarından 75-i qurumun üzvüdür. Assosiasiyanın üzvü olan kredit ittifaqlarının təxminən yarısı kənd təsərrüfatının kreditləşməsində iştirak edir. Quruma kredit ittifaqları tərəfindən ödənilən rüblük üzvlük haqqı 100 manat, yeni qəbul edilən ittifaqlar üçün isə 30 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR