Bank Of Baku

ABŞ-da ÜDM-in artım tempi proqnozlardan aşağı olub

ABŞ-da ÜDM-in artım tempi proqnozlardan aşağı olub
# 29 aprel 2011 07:48 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-da cari ilin I rübünün yekunlarına əsasən ÜDM 1,8% artıb. “APA-Economics”in xəbərinə görə, bu barədə ABŞ-ın Ticarət Nazirliyi açıqlama yayıb.

Analitiklər bu göstəricinin 2% olacağını proqnozlaşdırmışdılar. Halbuki bundan əvvəlki rübdə - 2010-cu ilin oktyabr-dekabr aylarında ABŞ iqtisadiyyatının artım tempi 3,1% olub.

ÜDM-in artım tempinin azalmasına istehlak xərclərinin bundan əvvəlki rüblə müqayisədə zəif artımı səbəb olub. Ötən ilin son üç ayında amerikalıların şəxsi xərcləri 4%, cari ilin I rübündə isə 2,7% artıb.

İqtisadiyyatın artmasına ABŞ-ın ticarət dövriyyəsinin kəsiri də mənfi təsir göstərib. İdxal və ixrac arasındakı fərq ÜDM-in artım tempini 0,1 faiz bəndi geri salıb. Halbuki bundan əvvəlki rübdə ticarət balansı 2009-cu ilin sonundan bəri ilk dəfə olaraq iqtisadiyyatın rüblük artımına müsbət (3,3 faiz bəndi) təsir göstərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR