Bank Of Baku

Azərbaycanda gömrük ödənişləri yalnız İnternet vasitəsilə aparılacaq

Azərbaycanda gömrük ödənişləri yalnız İnternet vasitəsilə aparılacaq
# 29 aprel 2011 09:25 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Yaxın vaxtlarda bütün gömrük ödənişlərini Dövlət Gömrük Komitəsinin rəsmi internet saytı vasitəsilə ödəmək mümkün olacaq. Bu barədə «APA-Economics»ə DGK-nin Statistika və İnformasiya Texnologiyaları Baş İdarəsinin rəisi İqbal Babayev məlumat verib: «Birbaşa sayt vasitəsilə gömrük ödənişlərinin həyata keçirilməsi imkanı yaradılacaq».

İ.Babayev bildirib ki, komitənin rəsmi veb-saytı vasitəsilə indiyədək də bəzi ödənişləri aparmaq mümkün idi, amma bundan sonra bu imkan bütün ödənişlərə aid olacaq.

Hazırda bununla bağlı ölkədəki bank təşkilatları ilə danışıqlar aparılır. Baş İdarə rəisinin sözlərinə görə, bu sistemdən bütün bankların müştəriləri istifadə edə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR