Bank Of Baku

Beynəlxalq Sığorta Şirkəti I rübdə daxilolmalarını 12% artırıb

Beynəlxalq Sığorta Şirkəti I rübdə daxilolmalarını 12% artırıb
# 29 aprel 2011 10:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Azərbaycanın Beynəlxalq Sığorta Şirkətinin (BSŞ) 2011-ci ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının ümumi həcmi 3,026 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 12% çoxdur.

BSŞ-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə şirkətin sığorta riskləri üzrə ödənişləri 23,4% artaraq 1,382 mln. manata çatıb.

Bu müddət ərzində şirkət könüllü sığorta növləri üzrə 2,821 mln. manat, icbari sığorta növləri üzrə isə 205,213 min manat sığorta haqqı toplayıb.

Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (1,572 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (914,772 min manat) və «Əmlakın yanğından icbari sığorta sığortası» (106,399 min manat) növləri üzrə toplanılıb ki, bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 52%, 30% və 3,5% təşkil edib.

Ödənişlərin strukturuna gəldikdə isə, könüllü sığorta növləri üzrə 1,365 mln. manat, icbari sığorta növləri üzrə cəmi 17,331 min manat məbləğində ödəniş həyata keçirilib.

Ödəmələrdə ən çox vəsait «Tibbi sığorta» (748,407 min manat və ya 54%) və «Avtonəqliyyat vasitələrinin sığortası» (572,143 min manat və ya 41%) növləri üzrə ödənilib.

Xatırladaq ki, BSŞ 2002-ci ildə Azərbaycan Beynəlxalq Bankı tərəfindən təsis edilib. Şirkət müştərilərə 37 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR