Bank Of Baku

Mayın 1-dən manat hesablaşma sisteminə keçən «Azercell» yeni tariflərini açıqlayıb

Mayın 1-dən manat hesablaşma sisteminə keçən «Azercell» yeni tariflərini açıqlayıb
# 29 aprel 2011 13:10 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən şirkətin prezidenti Əli Ağan qeyd edib ki, 13 il ərzində «Azercell»in «SimSim» abunəçiləri hesablaşmaları kontur sistemi ilə həyata keçirirdi: «Şirkət 1998-ci ildə dünyada əvvəlcədən ödəmə və danışıqların konturlarla ölçülməsini tətbiq edən ilk şirkətlərdən olub. Bu sistemin tətbiqi həmin dövrdə zamanın tələbi idi, lakin tərəfindən 2 ilə yaxın aparılan texniki işlərdən sonra bu ilin mayın 1-dən etibarən sözügedən abunəçilər hesablaşmalarını manat sistemi ilə aparacaqlar».

Ə.Ağanının sözlərinə görə, yeni hesablaşma sisteminin tətbiqindən sonra danışıq haqqı bahalaşmayıb, əksinə ucuzlaşacaq: «Endirimlər həm «SimSim», həm də fakturalı xətt abunəçilərinə, yəni bütün «Azercell» istifadəçilərinə şamil olunacaq. Belə ki, abunəçilərimizə şəbəkədaxili danışıqlar üçün 35%, şəbəkəxarici danışıqlar üçün isə 60%-dək endirim təklif edəcəyik. Ümid edirik ki, yeni ödəmə sistemi abonentlərimiz üçün həm rahat, həm də faydalı olacaq».

Yeni manat hesablaşma sisteminin tətbiqinə dair keçirilən təqdimat zamanı bildirilib ki, mayın 1-dən etibarən fakturalı və fakturasız xətt abonentləri yeni «Bizimkilər» və «Hər Yerə» tarif paketləri arasında seçim edə biləcəklər. Üstünlüklərdən biri odur ki, fakturalı abonentlər bu tariflərdə abunə haqqı ödəməyəcəklər.

Gənclərə yönəlmiş və yenilənmiş «GəncSim» tarifi «SimSim» abonentləri üçün xidmət göstərəcək. Fakturalı xətt abonentləri arasında böyük sayda iş adamlarının olmasını nəzərə alaraq, onlar üçün xüsusi yeni «Biznes200» tarifi təklif edilir. Bu tarifdə 10 manat aylıq abunə haqqı müqabilində hər ay şəbəkədaxili 200 dəqiqə və 200 SMS hədiyyə veriləcək. «Dövlətcell» və «Mediacell» tariflərində də sərfəli yeniliklər olacaq.

Qeyd edək ki, fakturasız xətt («SimSim») tariflərinə ƏDV daxildir. Ümumiyyətlə, fakturasız xətt abunəçilərinə şəbəkədaxili danışıq üçün «Bizimkilər» tarifi məqsədəuyğun sayılır. «Hər Yerə» tarifi ilə ölkə daxilində hər istiqamətə bir qiymətlə danışmaq imkanı yaradır. «GəncSim» tarifi isə «Azercell» abunəçilərinə 3-cü dəqiqədən sonra pulsuz danışmağa imkan yaradacaq. Bundan başqa, saat 00:00-dan 08:00-dək və həftəsonu edilən zənglərə 50% endirim olacaq.

Fakturalı xətt abunəçilərinin «Biznes200» tarifinə şəbəkədaxili aylıq 200 dəqiqə və 200 SMS hədiyyə təqdim olunacaq.

Qeyd edək ki, «Azercell»ə qoşulan bütün yeni abunəçilərə 2 il ərzində hər ay 5 manat danışıq və 5 MB internet trafiki pulsuz təqdim olunacaq.


«Azercell Telecom»un yeni manat hesablaşma sisteminin tarifləri

Fakturasız xətt abunəçiləri üçün («SimSim»):

Tarifin adı

Şəbəkədaxili (1 dəq.)

Şəbəkəxarici (1 dəq.)

«Bizimkilər»

7 qəp.

14 qəp.

«Hər Yerə»

10 qəp.

10 qəp.

«GəncSim»

10 qəp.

14 qəp.




Tariflər

1 SMS

1 MMS

1 MB İnternet

«Bizimkilər» «Hər Yerə»

5 qəp.

10 qəp.

71 qəp.

«GəncSim»

3 qəp.

8 qəp.

35 qəp.



Fakturalı xətt abunəçiləri üçün (ƏDV daxildir):

Tarifin adı

Şəbəkədaxili (1 dəq.)

Şəbəkəxarici (1 dəq.)

Abunə haqqı

«Bizimkilər»

7 qəp.

14 qəp.

-

«Hər Yerə»

10 qəp.

10 qəp.

-

«Biznes200»

7 qəp.

12 qəp.

10 manat



Kampaniya

Şəbəkədaxili  (3 nömrə)

Şəbəkəxarici  (1 nömrə)

Beynəlxalq   (1 nömrə)

Əzizlərim

1 dəq. = 4 qəp.

1 dəq. = 8 qəp.

1 dəq. = 24 qəp.

Seçdiyiniz 3 «Azercell» nömrəsinə göndərilən SMS və MMS-lərə 50% ENDİRİM!



«Əzizlərim» kampaniyası:

Kampaniya

Şəbəkədaxili (3 nömrə)

Şəbəkəxarici (1 nömrə)

Beynəlxalq  (1 nömrə)

Əzizlərim

1 dəq. = 4 qəp.

1 dəq. = 8 qəp.

1 dəq. = 24 qəp.

Seçdiyiniz 3 «Azercell» nömrəsinə göndərilən SMS və MMS-lərə 50% ENDİRİM!

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR