Bank Of Baku

«AGBank»ın depozit portfeli I rübdə 21% artıb

«AGBank»ın depozit portfeli I rübdə 21% artıb
# 29 aprel 2011 13:14 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» ASC-nin depozit portfelinin həcmi 2011-ci ilin aprelin 1-nə 144,364 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 21,2% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın müddətli depozitləri 17,2% artaraq 101,848 mln. manat, tələb olunanadək depozitlər 32,3% artaraq 42,515 mln. manat, əhalidən cəlb edilən əmanətlərin həcmi isə 25% artaraq 129,111 mln. manata çatıb.

Xatırladaq ki, «AGBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 16 filialı, 55 bankomatı, 377 POS-terminalı və 509 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR