Bank Of Baku

«Atrabank» son bir ildə aktivlərini 20% artırıb

«Atrabank» son bir ildə aktivlərini 20% artırıb
# 29 aprel 2011 14:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Atrabank» ASC-nin aktivlərinin həcmi 2011-ci ilin aprelin 1-nə 42,597 mln. manat təşkil edib ki, bu da ötən ilin aprelin 1-nə olan göstərici ilə müqayisədə 20% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 69,6% genişlənərək 10,969 mln. manat, kredit portfeli 32% artaraq 31,387 mln. manata çatıb.

Bu müddət ərzində bankın məcmu kapitalı 2,27% artaraq 11,151 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,425 mln. manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın cəmi müştərilərinin sayı 0,5% artaraq 6 687-ə, aktiv plastik kartların sayı 13,3% artaraq 1 007-yə, işçilərin sayı 8,05% artaraq 188-ə, orta yalıq əmək haqqı isə 15% azalaraq 360 manata çatıb.

Xatırladaq ki, «Atrabank» ASC 1992-ci ildə yaradılıb. Hazırda bankın ölkə üzrə 13 filialı, 12 bankomatı və 29 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR