Bank Of Baku

Azərbaycanda bankomatların sayı 12% artıb

Azərbaycanda bankomatların sayı 12% artıb
# 29 aprel 2011 14:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda quraşdırılmış bankomatların (ATM) sayı 2011-ci ilin aprelin 1-nə 1 929 ədəd təşkil edib ki, bu da ötən ilin aprelin əvvəli ilə müqayisədə 214 ədəd və ya 12,5% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, bankomatların 1 071-i Bakı şəhərində, 848-i isə digər şəhər və rayonlarda yerləşir.

Aprelin 1-nə POS-terminalların sayı 8 857 ədəd olub ki, bunun 8 027-i Bakı şəhərində, 830-u isə digər regionlarda yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR