Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankı kart sahibləri üçün yeni xidmət istifadəyə verir

Azərbaycan Beynəlxalq Bankı kart sahibləri üçün yeni xidmət istifadəyə verir
# 29 aprel 2011 15:00 (UTC +04:00)
Bankın mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, belə ki, ABB tərəfindən buraxılan «Visa Electron», «Visa Classic» və «Visa Gold» kartları vasitəsi ilə satınalma zamanı ödənilən məbləğdən müəyyən faiz hesablanaraq bonus bal şəkilində kartlara yükləniləcək. Bu xidmət Bank tərəfindən yaradılmış və 50-dən artıq mağazanı cəmləşdirən «BonusClub»u çərçivəsində həyata keçiriləcək.

Bankın mətbuat xidmətinin rəhbəri Rauf Ağayevin sözlərinə görə, «bonus» xidmətinin adi endirimdən əsas fərqi ondan ibarətdir ki, kart sahibləri bonus balları əldə etməklə yanaşı həmin bonuslarla alışlarını ödəyə biləcəklər.

«BonusClub»a daxil olan mağaza və obyektlər sırasında «Sabina» parfümeriya mağazaları (ödəmənin 5%-i həcmində bonus təqdim olunacaq), «Aztime Watch» (10%), «Optic Gallery» (15%), «Nil Kitab-Kirtasiye Sarayı» (5%), «Skylife Travel» (3%), «Boutique Palace» mehmanxanası (10%), «cake.az» kafelər şəbəkəsi (3%), «The Wine Gallery Mey» şərab dükanı (3%), «Kenwood» (10%), «Mado» kafesi (5%), «Trattoria L’Oliva» restoranı (10%), «Koton» (3%), «Pink Accessories» (3%), «Piacente Boutique» (10%), «Pierre Cardin» (10%), «De d’Or AS» (5%), «Sel Home» (3%) kimi ticarət obyektləri var.

Qeyd edək ki, hazırda Bank tərəfindən bu siyahının genişləndirməsi istiqamətində iş aparılır. Hesablanan hər 1 bonus 1 manata bərabərdir.

R.Ağayev bildirib ki, yığılmış bonusları yalnız nağdsız ödəmələrdə istifadə etmək olar və onları bankomatlar vasitəsi ilə nağdlaşdırmaq mümkün deyil. Qeyd edək ki, «BonusClub»a daxil olan mağaza və obyektlərdə müştəri bonuslarla ödəniş aparmaq istədiyini bildirməlidir.

Sözügedən xidmət pensiya, gömrük və biznes-kartlara şamil olunmayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR