Bank Of Baku

«Bank of Baku» nizamnamə kapitalını artırır

«Bank of Baku» nizamnamə kapitalını artırır
# 29 aprel 2011 15:12 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Bank of Baku» ASC-nin adi adlı sənədsiz səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 7,70 manat, sayı 3,4 mln. ədəd, emissiyanın ümumi həcmi isə 26,180 mln. manat təşkil edir. Emissiya «Bank of Baku»nın bundan öncə qeydiyyata alınmış (hər birinin nominal dəyəri 3,78 manat olan 3,4 mln. ədəd və 12,852 mln. manatlıq) səhmlərinin yeni parametrlərə konvertasiyası yolu ilə həyata keçiriləcək. Yerləşdirmə başa çatandan sonra, bankın nizamnamə kapitalı 2 artaraq 26,180 mln. manata çatacaq.

Qeyd edək ki, «Bank of Baku» SKB 1994-cü ilin fevral ayında «Tuqay Bank» adı ilə fəaliyyətə başlayıb. Bankın təsisçiləri rolunda Türkiyənin «NAB Dış Ticarət» şirkəti və bir neçə fiziki şəxs çıxış edir. Cari ilin aprelin 1-nə bankın nizamnamə kapitalı 12,852 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR