Bank Of Baku

Azərbaycanda bu ilin I rübündə vergi pozuntuları ilə bağlı 106 cinayət işi başlanıb

Azərbaycanda bu ilin I rübündə vergi pozuntuları ilə bağlı 106 cinayət işi başlanıb
# 30 aprel 2011 09:13 (UTC +04:00)
Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, ibtidai istintaqı tamamlanmış işlərdən 10 nəfər barəsində 4 cinayət işi, o cümlədən vergiləri ödəməkdən yayınmaya görə 1 iş, qanunsuz sahibkarlığa görə 2 iş, dələduzluq yolu ilə özgə əmlakını ələ keçirməyə və vəzifə saxtakarlığına görə 1 iş baxılmaq üçün aidiyyəti məhkəmələrə göndərilib.

Bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 40 cinayət işinə xitam verilib.
Cinayət işləri üzrə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində vergi cinayətləri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 3 nəfər şəxs tutularaq Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai araşdırılması Departamentinin İstintaq şöbəsinə təhvil verilib, ibtidai istintaqdan yayınan 65 şəxs məcburi qaydada gətirilib, 53 şəxs tapılıb istintaqa cəlb edilib, 25 şəxsin isə yeri müəyyən olunaraq istintaqa bildirilib.

Vergi yoxlamalarından yayınan 32 vergi ödəyicisi tapılıb aidiyyəti vergi orqanlarına təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR