Bank Of Baku

«YapıKredi Bank Azerbaijan»ın mənfəəti kəskin azalıb

«YapıKredi Bank Azerbaijan»ın mənfəəti kəskin azalıb
# 02 may 2011 07:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «YapıKredi Bank Azerbaijan» QSC-nin 2011-ci ilin yanvar-mart aylarında əldə etdiyi mənfəətin həcmi 1,363 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 50,4% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirlərinin həcmi 37,4% azalaraq 4,014 mln. manat, o cümlədən faiz gəlirləri 28,4% azalaraq 2,508 mln. manat, qeyri-faiz gəlirləri isə 48,3% azalaraq 1,506 mln. manat təşkil edib.

Bu dövr ərzində bankın xərcləri 27,6% azalaraq 2,650 mln. manat, o cümlədən faiz xərcləri 54,3% azalaraq 411,490 min manat, qeyri-faiz xərcləri isə 18,8% azalaraq 2,231 mln. manat, PR və marketinq xərcləri isə təxminən iki dəfə azalaraq 7,980 min manat olub.

Təhlil olunan dövr ərzində bankın faiz mənfəəti 19,4% azalaraq 2,097 mln. manat, qeyri-faiz zərəri 4,44 dəfə artaraq 725,350 min manat təşkil edib.

Xatırladaq ki, təsisçisi Türkiyənin «YapıKredi Bank» (80%) və Beynəlxalq Maliyyə Korporasiyası (20%) olan «YapıKredi Bank Azerbaijan» 2000-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 5 filialı, 17 bankomatı və 85 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR