Bank Of Baku

«Akkord İnşaat-Sənaye» nizamnamə kapitalını artırır

«Akkord İnşaat-Sənaye» nizamnamə kapitalını artırır
# 02 may 2011 07:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Akkord İnşaat-Sənaye» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 5 manat, sayı 2 158 362 ədəd, emissiyanın ümumi həcmi isə 10 791 810 manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Akkord İnşaat-Sənaye» ASC yaxın vaxtlarda səhmlərin yerləşdirilməsinə başlayacaq. Yerləşdirmə uğurla başa çatacağı təqdirdə, şirkətin nizamnamə kapitalı 2 dəfə artaraq 21 371 820 manata çatacaq.

Qeyd edək ki, «Akkord İnşaat-Sənaye» 2005-ci ildə təsis edilib. Şirkət yaşayış evlərinin tikintisi və satışı, həmçinin digər ictimai obyektlərin tikintisi, tikinti materiallarının istehsalı və emalı sahələrində fəaliyyət göstərir. Hazırda «Akkord İnşaat-Sənaye» ASC-nin nizamnamə kapitalı 10 580 010 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR