Bank Of Baku

Ben Bernanke: “Mənzil bazarı ABŞ iqtisadiyyatının bərpasını ləngidir”

Ben Bernanke: “Mənzil bazarı ABŞ iqtisadiyyatının bərpasını ləngidir”
# 02 may 2011 07:49 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-ın mənzil bazarındakı problemlər iqtisadiyyatın bərpasını ləngidir. “APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bu bəyanatla ABŞ Federal Ehtiyatlar Sisteminin rəhbəri Ben Bernanke çıxış edib.

Onun sözlərinə görə, bu gün ABŞ-da əhalinin əhəmiyyətli hissəsi yoxsulluq həddində yaşayır: “Bizim iqtisadiyyatımız hələlik görmək istədiyimiz səviyyədən çox uzaqdır”.

B.Bernanke ABŞ-ın əmək bazarında da müəyyən problemlərin mövcud olduğunu, lakin yeni iş yerlərinin açılması prosesinin tədricən yaxşılaşdığını qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR