Bank Of Baku

Uorren Baffet: “ABŞ-da növbəti bank böhranı olmayacaq”

Uorren Baffet: “ABŞ-da növbəti bank böhranı olmayacaq”
# 02 may 2011 08:41 (UTC +04:00)
Bakı - APA-Economics. ABŞ-da növbəti bank böhranı olmayacaq, Avropadakı borc böhranı isə narahatlıq doğurur. “APA-Economics”in “Associated Press”ə istinadən xəbərinə görə, bu bəyanatla məşhur amerikalı milyarder və investor Uorren Baffet çıxış edib.

Onun sözlərinə görə, əgər milli hökumətlər borc öhdəliklərinin aradan qaldırılmasında banklara kömək etməsələr, o zaman Avropa banklarının ciddi problemləri ortaya çıxacaq: “Avropa öz problemlərinin həlli üçün vahid büdcə-vergi siyasəti formalaşdırmalıdır”.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Barak Obama prezident dövlət xərclərinin həddən artıq azaldılmasının yeni iqtisadi böhrana səbəb ola biləcəyini bəyan edib: “Əgər dövlət aparatının maliyyələşdirilməsini ixtisar etsək, yeni iş yerlərinin açılmasına təkan verən sahələrin maliyyələşdirilməsini azaltsaq, kəsir daha böyük ola bilər və biz yeni iqtisadi böhranla üzləşə bilərik”.

ABŞ prezidenti deyib ki, prezident səlahiyyətləri bitənə qədər büdcə kəsirinin və dövlət borcunun artmasının öhdəsindən gəlmək niyyətindədir: “Mən bu vəzifənin yerinə yetirilməsini öz varisimə saxlamaq niyyətində deyiləm”.

Qeyd edək ki, ABŞ-ın federal büdcəsinin kəsiri cari ilin martında ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 3 dəfə artaraq, 65 mlrd. dollardan 188 mlrd. dollara yüksəlib. Artıq 30-cu aydır ABŞ-da büdcə kəsiri qeydə alınır ki, bu da rekord sayılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR