Bank Of Baku

Azərbaycan parlamenti Rəqabət Məcəlləsinin layihəsi üzrə müzakirələri bərpa etməyə hazırlaşır

Azərbaycan parlamenti Rəqabət Məcəlləsinin layihəsi üzrə müzakirələri bərpa etməyə hazırlaşır
# 02 may 2011 09:15 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda Rəqabət Məcəlləsinin layihəsinin parlamentin yaz sessiyasında müzakirəyə çıxarılması planlaşdırılır. Bu barədə APA-ya Milli Məclisin iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib.

Z.Səmədzadənin sözlərinə görə, Rəqabət Məcəlləsinin layihəsi xarici ekspertlər tərəfindən verilən rəylər nəzərə alınmaqla yenidən işlənilir. Xarici ekspertlərin müsbət rəy verməmələrinə münasibət bildirən komitə sədrinin sözlərinə görə, bu təbiidir: «Biz bütün irad və təklifləri nəzərə almaqla qanun layihəsini yenidən işləyirik. Hesab edirəm ki, təkmil bir qanunun hazırlanmasına nail olacağıq».

Komitə sədri may ayının sonunda dövlət büdcəsinin həm icrasına, həm də əlavə və dəyişikliklərə baxılacağını da vurğulayıb. Z.Səmədzadənin sözlərinə görə, dövlət başçısının əmək haqları və pensiyaların artırılması ilə bağlı verdiyi tapşırıqla əlaqədar büdcənin xərclər hissəsində böyük artım gözlənilir. Hazırda bununla bağlı müvafiq qurumlarda araşdırmalar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR