Bank Of Baku

Sabah Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının iclası keçiriləcək

Sabah Azərbaycan-BƏƏ hökumətlərarası komissiyasının iclası keçiriləcək
# 02 may 2011 09:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Mayın 3-də Bakıda Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətlərarası komissiyasının III iclası keçiriləcək.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, iclasda Azərbaycan və BƏƏ arasında müxtəlif sahələrdə əlaqələrin mövcud vəziyyəti, komissiyanın II iclasından sonrakı dövrdə görülmüş işlər və əməkdaşlıq perspektivləri müzakirə ediləcək.

BƏƏ-nin nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində (mayın 2-3-də) bir sıra rəsmi görüşlərin keçirilməsi də nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan və BƏƏ hökumətlərarası komissiyasının Azərbaycan tərəfdən həmsədri Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev, BƏƏ tərəfindən isə bu ölkənin iqtisadiyyat naziri Sultan bin Səid əl Mənsuridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR