Bank Of Baku

Azərbaycanda bank əmanətləri son bir ildə 37% artıb

Azərbaycanda bank əmanətləri son bir ildə 37% artıb
# 02 may 2011 10:18 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, depozitlərin tərkibində ev təsərrüfatlarının depozitləri (əhalinin əmanətləri) 3 289,1 mln. manat, qeyri-maliyyə təşkilatlarının depozitləri isə 2 243,2 mln. manata bərabərdir. Beləliklə, depozitlərin strukturunda fiziki şəxslərin əmanətlərinin xüsusi çəkisi 59,5% olub.

Əhalinin əmanətləri son bir ildə 37,3% artıb, hüquqi şəxslərin depozitləri isə 2% azalıb. Dinamika üzrə natarazlığın əsas səbəbi kimi bank kreditləşməsində problemlərin davam etməsini göstərmək olar. Belə ki, artıq iki ildən çoxdur ki, Azərbaycanda bank kreditləşməsində ciddi çətinliklər yaranıb, banklar kreditlər üzrə tələblərini kəskin sərtləşdirib. Həmin proseslər əvvəllər istehlak kreditləşməsində müşahidə olunsa da, sonradan biznes kreditlərinə də yayılıb. Nəticədə, sahibkarlar öz depozitlərindən istifadə etmək məcburiyyətində qalıb ki, bu da həmin depozitlərin azalmasına səbəb olub.

Eyni zamanda, makroiqtisadi sabitlik və bank sektorunda ümumi vəziyyətin sabit olması şəraitində əhali öz sərbəst vəsaitlərini banklara əmanət kimi qoyuluşunu davam etdirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR