Bank Of Baku

«Xalq Bank»ın kredit portfeli son bir ildə 24% artıb

«Xalq Bank»ın kredit portfeli son bir ildə 24% artıb
# 02 may 2011 10:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Xalq Bank» ASC-nin kredit portfelinin həcmi 2011-ci ilin aprelin 1-nə 583,834 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 24% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın 12 ayadək verdiyi kreditlər 40% artaraq 194,968 mln. manata, 12 aydan artıq müddətə verdiyi kreditlər 17,2% artaraq 388,866 mln. manata, istehlak kreditləri 30,4% artaraq 16,889 mln. manata, vaxtı keçmiş kreditlərin həcmi isə 70,2% artaraq 10,441 mln. manata çatıb.

Təhlil olunan dövr ərzində bankın Azərbaycan İpoteka Fondunun xətti ilə ayırdığı ipoteka kreditlərinin həcmi 60% artaraq 17,227 mln. manat təşkil edib.

Qeyd edək ki, təsisçisi bir neçə hüquqi şəxs olan «Xalq Bank» ASC 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın ölkə üzrə 12 filialı, 29 bankomatı, 45 POS-terminalı və 402 işçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR