Bank Of Baku

Bu həftə sığortaçılar üçün növbəti test imtahanı keçiriləcək

Bu həftə sığortaçılar üçün növbəti test imtahanı keçiriləcək
# 02 may 2011 11:50 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Mayın 6-da Azərbaycan Maliyyə Nazirliyi tərəfindən sığortaçıların rəhbər işçi vəzifələrinə namizədlər üçün növbəti test imtahanı keçiriləcək.

Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən «APA-Economics»ə verilən məlumata görə, sənədləri nazirliyə tam təqdim olunmuş, həmçinin əvvəlki imtahanlarda iştirak etmiş, lakin imtahandan keçməmiş şəxslər may ayının 5-dək Dövlət Sığorta Nəzarəti Xidməti ilə əlaqə (+99412 404 46 99) saxlamalıdır.

Qeyd edək ki, imtahan «Sığorta fəaliyyəti haqqında» qanunun müvafiq maddəsinin tələbinə, həmçinin «Sığortaçıların rəhbər işçisi vəzifələrinə namizədlər və müvafiq sığorta vasitəçiliyi üzrə fəaliyyətə lisenziya almaq istəyən fiziki şəxslər və sığortaçıların rəhbər vəzifələrinə namizədlər üçün attestasiyanın təşkili və keçirilməsi Qaydaları»na uyğun keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR