Bank Of Baku

Azərbaycan Avrasiya Fond Birjaları Federasiyasının toplantısında iştirak edəcək

Azərbaycan Avrasiya Fond Birjaları Federasiyasının toplantısında iştirak edəcək
# 02 may 2011 13:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Mayın 5-6-da Oxriddə (Makedoniya) Avrasiya Fond Birjaları Federasiyasının (FEAS) İşçi və İcraçı Komitələrinin növbəti toplantısı keçiriləcək.

Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, toplantının gündəliyinə üzv təşkilatların ötən dövr ərzində federasiya daxilində həyata keçirdikləri fəaliyyətin nəticələrinin müzakirəsi, federasiyanın büdcəsinin və audit hesabatının təsdiqi, işçi qrupların hesabatlarının dinlənilməsi və digər cari məsələlər daxildir.

Tədbirdə BFB-iı qurumun İdarə Heyətinin üzvü Emin Zeynalov təmsil edəcək. Səfərin məqsədi toplantıda iştirak etməklə yanaşı, BFB-nin əldə etdiyi son nailiyyətlər haqqında digər federasiya üzvlərinin məlumatlandırılması və onlarla mövcud ikitərəfli əlaqələrin daha da genişləndirilməsindən ibarətdir.

Qeyd edək ki, BFB 2001-ci ildən FEAS-ın tamhüquqlu üzvüdür və 2006-cı ildə federasiyanın İcraçı Komitəsinə qəbul edilib.

Xatırladaq ki, FEAS-a 30 ölkəni təmsil edən 34 fond birjası, post-ticarət təşkilatları və digər peşəkar bazar iştirakçıları daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR