Bank Of Baku

“Muğanbank” uduşlu istiqrazların 12-ci tirajını keçirib

“Muğanbank” uduşlu istiqrazların 12-ci tirajını keçirib
# 02 may 2011 13:49 (UTC +04:00)
Bakı - APA-Economics. Aprelin 30-da Azərbaycanın “Muğanbank” ASC-nin baş ofisində faizli, uduşlu və adsız istiqrazların 12-ci tirajı keçirilib.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, daha 1000 istiqraz 437 500 manat məbləğində mükafat fondunu bölüşüb.

Tiraj istiqraz sahiblərinin iştirakı ilə və bankın www.muganbank.az saytında canlı yayımlanaraq keçirilib. Bank fırıldaq ittihamlarının qarşısını almaq məqsədilə elektron tiraj sistemindən (təsadüfi rəqəmlər kombinatorundan) imtina edərək, dörd lototronu işə salıb. Birinci lototron uduşun məbləğini, ikincisi udmuş istiqrazın seriyasını, üçüncü və dördüncü lototronlar isə uğurlu istiqrazın altırəqəmli nömrəsini müəyyən edib. Beləliklə, mükafatlardan birini udan istiqraz həmin tirajda sonrakı oyundan avtomatik olaraq çıxarılıb və digər istiqrazların udmaq şansını artırıb. Tirajın nəticələri ilə bağlı bankın veb-saytından məlumat almaq mümkündür.

Xatırladaq ki, nominal dəyəri 50 manat olan bu qiymətli kağızlar emitent tərəfindən on il müddətinə, 1 mln. ədəd buraxılıb. Uduşlu istiqrazların sayı artırılaraq 1000 ədəd təşkil edib. Maksimum uduş məbləği isə 50 min manatdır.

«Muğanbank» ASC-nin öhdəliklərinə görə, hər 45 gündən bir keçirilməklə 10 il müddətində 80 tiraj keçiriləcək. İstiqraz sahiblərinə hər bir tiraj barədə məlumat veriləcək və onların hər bir oyunda iştirak etmək hüququ var. Hazırkı məhsulun uduş faizi kifayət qədər yüksəkdir və illik 2% gəlirlilik təmin edir. İstiqrazların udmadığı təqdirdə, sahibləri onları banka qaytararaq nominalı üzrə bütün məbləği ilə göstərilən illik faizi ala bilər.

Təsisçisi dörd fiziki şəxs olan «MuğanBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin yanvar ayının 1-nə bankın aktivlərinin həcmi 208,675 mln. manat, kredit portfeli 135,271 mln. manat, depozit portfeli 82,358 mln. manat, məcmu kapitalı 25,069 mln. manat, o cümlədən nizamnamə kapitalı 20 mln. manat təşkil edib. Bankın respublika üzrə 30 filialı, 35 bankomatı və 73 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR