Qeyd edək ki, kommersiya banklarının xaricdən cəlb olunmuş maliyyə vəsaitlərinin həcmi tarixi maksimuma çatıb. Eyni zamanda, bu göstəricinin artım tempi böhrandan əvvəlki dövrlə müqayisədə kəskin azalıb. Belə ki, 2008-ci ildə xarici öhdəliklərin artım tempi 2,1 dəfə olduğu halda, 2009-cu ildə böhran səbəbindən xarici maliyyə bazarlarında likvidlik çatışmazlığı nəticəsində 5,7% azalıb, 2010-cu ildə isə artım tendensiyası bərpa olunub və hələ də davam etməkdədir.
Bununla yanaşı, bankların məcmu xarici aktivlərinin həcmi 2011-ci ilin aprelin 1-nə 1 954,4 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 340,9 mln. manat və ya 21,1%, ilin əvvəlindən isə 262,5 mln. manat və ya 15,5% çoxdur.