Bank Of Baku

«AGBank»ın mənfəəti I rübdə 10% azalıb

«AGBank»ın mənfəəti I rübdə 10% azalıb
# 02 may 2011 14:27 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» ASC-nin 2011-ci ilin yanvar-mart aylarında əldə etdiyi mənfəətin həcmi 562 min manat təşkil edib ki, bu ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 9,65% azdır.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın ümumi gəlirləri 1,6% artaraq 10,069 mln. manat, o cümlədən faiz gəlirləri 5,4% azalaraq 7,482 mln. manat, qeyri-faiz gəlirləri isə 27,82% artaraq 2,587 mln. manata çatıb.

Bu müddət ərzində bankın ümumi xərcləri 2,08% artaraq 9,506 mln. manat, o cümlədən faiz xərcləri 1,67% azalaraq 3,956 mln. manat, qeyri-faiz xərcləri 41,40% artaraq 5,550 mln. manat, PR və marketinq xərcləri 46,81% azalaraq 40,220 min manat təşkil edib.

Təhlil olunan dövr ərzində bankın faiz mənfəəti 9,29% artaraq 3,526 mln. manat, qeyri-faiz mənfəəti 55,86% artaraq 2,963 mln. manat olub.

Xatırladaq ki, «AGBank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın ölkə üzrə 16 filialı, 55 bankomatı, 377 POS-terminalı və 509 işçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR