Bank Of Baku

Azərbaycan banklarının mənfəəti ötən ilki səviyyəyə çatıb

Azərbaycan banklarının mənfəəti ötən ilki səviyyəyə çatıb
# 02 may 2011 14:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının 2011-ci il yanvar-mart ayları ərzində fəaliyyəti nəticəsində bank sistemi üzrə 38,31 mln. manat həcmində mənfəət yaranıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2010-cu ilin yanvar-mart göstəricisi ilə müqayisədə əldə edilmiş mənfəət 0,13 mln. manat və ya 0,3% artıb.

Qeyd edək ki, yanvar-fevral ayları ərzində bankların mənfəəti ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,5% az olub ki, beləliklə, mart ayı bank sistemində mənfəət baxımından çox uğurlu olub.

Ötən rübün yekunlarına görə, aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar (25,13 mln. manat) nəzərə alınmaqla, bankların cəmi mənfəəti 63,44 mln. manata bərabər olub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən 17,5% azdır. Azalma aktivlər üzrə xüsusi ehtiyatlara ayırmalar hesabına formalaşıb ki, onların həcmi 35,1% azalıb.

Hesabat aylarında bankların faiz gəlirləri 259,25 mln. manat, faiz xərcləri 140,17 mln. manat təşkil edib və nəticədə, xalis faiz mənfəəti 119,07 mln. manata bərabər olub. Eyni zamanda, bankların qeyri-faiz gəlirləri 65,65 mln. manat, qeyri-faiz xərcləri isə 121,32 mln. manat təşkil edib ki, bunun nəticəsində qeyri-faiz əməliyyatları üzrə 55,67 mln. manatlıq zərər yaranıb.

Qeyd edək ki, 2010-cu ilin yanvar-mart ayları ilə müqayisədə faiz mənfəəti 2,6%, qeyri-faiz zərəri isə 42,9% artıb. O cümlədən, faiz gəlirləri 4,3% artdığı halda, faiz xərcləri 5,8% artıb. Qeyri-faiz əməliyyatlarında isə gəlirlər 10,3%, xərclər isə 23,2% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR