Bank Of Baku

Azərbaycan sərmayəsi Acarıstanın turizm zonasına cəlb oluna bilər

Azərbaycan sərmayəsi Acarıstanın turizm zonasına cəlb oluna bilər
# 02 may 2011 23:55 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Gürcüstanın Kobuleti turizm ərazisinə dördüncü sərmayəçi daxil ola bilər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə məlumatı Acarıstan iqtisadiyyat və maliyyə nazirliyi bildirib. “Azərbaycanın özəl şirkətləri ilə danışıqlar aparılır. Kobuleti turizm ərazisində 30 mehmanxana tikilməlidir. Hazırda Kobuletidə 3 mehmanxana tikilir. İki mehmanxananı “Exko Georgia”, birini isə “Stroitel 10” şirkəti tikir”.

Xatırladaq ki, keçən həftə Azərbaycanda səfərdə olan Gürcüstanın iqtisadiyyat və sabit inkişaf naziri Vera Kobaliya Azərbaycan iş adamlarına Gürcüstan turizm sahələrinə sərmayə qoymağı təklif etmişdi. Nazirin sözlərinə görə, Gürcüstan hökuməti sərmayəçilərə güzəştlər vəd edib. Sərmayə qoyan Azərbaycan şirkətlərinə pulsuz torpaq, layihələr və bütün kommunikasiya xətlərinin Gürcüstan tərəfin hesabına qurulacağı barədə vədlər verilib. Bundan başqa sərmayə qoyanlar 15 il gəlir və əmlak vergisindən azad olacaq
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR