Bank Of Baku

Yaponiya zəlzələnin nəticələrinin aradan qaldırılmasına 50 mlrd. dollar ayırıb

Yaponiya zəlzələnin nəticələrinin aradan qaldırılmasına 50 mlrd. dollar ayırıb
# 03 may 2011 07:21 (UTC +04:00)
Bakı - APA-Economics. Yaponiya 11 mart zəlzələsinin nəticələrinin aradan qaldırılması üçün 2011-2012-ci maliyyə ili üçün 4 trln. yen (50 mlrd. dollar) həcmində fövqəladə büdcə qəbul edib.

APA-Economics”in “Reuters”ə istinadən xəbərinə görə, ölkənin əsas büdcəsi martın 29-da qəbul olunub. Büdcənin xərclər hissəsi rekord səviyyədə - 92,4 trln. yen (1,1 trln. dollar) müəyyənləşib.

Büdcənin əsas xərc istiqamətləri zəlzələdən zərər çəkmiş regionlarda müvəqqəti sığınacaqların tikilməsi və dağıntıların yığışdırılması olacaq. İnfrastrukturun bərpasına 1,2 trln. yen xərclənəcək.

Birinci “təcili” büdcənin əsas maliyyə mənbələri digər istiqamətlər üzrə xərclərin azaldılması olacaq. Nəticədə Yaponiya hökuməti qarşıdakı illərdə büdcənin gəlirlər hissəsini təmin etmək problemi ilə üzləşə bilər. Hazırda ölkənin dövlət borcu ÜDM-i iki dəfə üstələyir.

Qeyd edək ki, bu il martın 11-də baş verən zəlzələ nəticəsində Yaponiyaya dəyən zərərin həcmi 300 mlrd. dollar həcmində qiymətləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR