Bank Of Baku

«Amrahbank» nizamnamə kapitalını artırır

«Amrahbank» nizamnamə kapitalını artırır
# 03 may 2011 07:43 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) «Amrahbank» ASC-nin adi sənədsiz adlı səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 100 manat, sayı 3 191 ədəd, emissiyanın ümumi həcmi isə 319,1 min manat təşkil edir.

Birja mütəxəssislərinin fikrincə, «Amrahbank» yaxın vaxtlarda qiymətli kağızların yerləşdirilməsinə başlayacaq. Yerləşdirmə tam başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 2,2% artaraq 14 706 100 manata çatacaq.

Qeyd edək ki, təsisçisi 5 yerli fiziki şəxs (51%) və Bəhreyn Beynəlxalq İnvestisiya Bankı (49%) olan «Amrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin aprelin 1-nə bankın aktivləri 74,890 mln. manat, kredit portfeli 48,858 mln. manat, depozit portfeli 41,994 mln. manat, məcmu kapitalı 21,921 mln. manat, o cümlədən nizamnamə kapitalı 14,387 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR