Bank Of Baku

Azərbaycanın dövlət büdcəsinin gəlirlər hissəsi 1,5 mlrd. manat artırılacaq

Azərbaycanın dövlət büdcəsinin gəlirlər hissəsi 1,5 mlrd. manat artırılacaq
# 03 may 2011 07:57 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Azərbaycanın dövlət büdcəsinə gözlənilən dəyişikliklər zamanı büdcənin gəlirlər hissəsi təqribən 1,5 mlrd. manat artırılacaq. “APA-Economics”in xəbərinə görə, bu barədə maliyyə nazirinin müavini Azər Bayramov açıqlama verib.

Onun sözlərinə görə, artım 3 mənbə - Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin proqnozlarının və Dövlət Neft Fondundan transfertlərin artırılması hesabına olacaq: “Artımın 700 mln. manata qədəri Vergilər Nazirliyinin proqnozlarında nəzərdə tutulub, Dövlət Neft Fondundan transfertlər isə bundan da çox olacaq”.

A.Bayramov qeyd edib ki, maaş və pensiyaların artımı ilin ortasına nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR