Bank Of Baku

Azərbaycanın iqtisadi inkişaf naziri Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri ilə görüşüb

Azərbaycanın iqtisadi inkişaf naziri Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri ilə görüşüb
# 03 may 2011 08:41 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün Bakıda Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev və Birləşmiş Ərəb Əmirliklərinin iqtisadiyyat naziri Sultan bin Səid əl Mənsuri arasında görüş keçirilib. «APA-Economics»in məlumatına görə, görüşdə iki ölkə arasında ticarət, investisiya, sənaye və energetika, gömrük, nəqliyyat, rabitə, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan ilə BƏƏ arasında ticarət dövriyyəsinin həcmi 2010-cu ildə 36,8%, cari ilin I rübündə isə 9,9% artıb. Azərbaycanda bir sıra mühüm infrastruktur layihələr həyata keçirilir ki, Abu-Dabi İnkişaf Fondu Azərbaycanda icra olunan bu sahədə layihələrdə iştirak edir. Azərbaycanda istehsal olunan bir sıra məhsullar BƏƏ-yə ixrac olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR