Bank Of Baku

Fransanın maliyyə naziri: Bin Ladenin ölüm xəbəri ABŞ iqtisadiyyatında artıma səbəb olacaq

Fransanın maliyyə naziri: Bin Ladenin ölüm xəbəri ABŞ iqtisadiyyatında artıma səbəb olacaq
# 03 may 2011 08:46 (UTC +04:00)
Bakı - APA-Economics. Dünyanın bir nömrəli terrorçusu Üsamə bin Ladenin məhv edilməsindən sonra ABŞ-ı iqtisadi artım gözləyir. “APA-Economics”in xəbərinə görə, bu proqnozla Fransanın maliyyə naziri Kristina Laqard çıxış edib.

Onun sözlərinə görə, “əl-Qaidə” liderinin ölüm xəbəri istehlakçıların inamının güclənməsinə, nəticədə ABŞ bazarının və iqtisadiyyatının artmasına gətirib çıxara bilər.

“ABŞ iqtisadiyyatı bu ölkənin vətəndaşları kimi, hər şeyə tez reaksiya verir. Bu reaksiya pozitiv də, neqativ də ola bilər. Bu hadisə istehlakçıların inamına müsbət təsir etsə, mən təəccüblənmərəm” - deyə nazir bildirib.

Qeyd edək ki, Üsamə bin Ladenin öldürülməsi xəbəri yayılandan sonra ABŞ dollarının kursu qalxıb, neft isə ucuzlaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR