Bank Of Baku

«Meqa Sığorta» şirkətinin daxilolmaları I rübdə kəskin azalıb

«Meqa Sığorta» şirkətinin daxilolmaları I rübdə kəskin azalıb
# 03 may 2011 10:11 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Meqa Sığorta» ASC-nin 2011-ci ilin yanvar-mart aylarında topladığı sığorta haqlarının həcmi 36,214 min manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 3 dəfə azdır.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu ilin I rübündə şirkətin sığorta hadisələri üzrə həyata keçirdiyi ödənişlərin həcmi sıfıra bərabər olub. Ötən ilin müvafiq dövründə isə şirkət tərəfindən aparılan ödənişlərin həcmi 60 min manat olub.

Bu müddət ərzində şirkətin daxilolmalarında 34,310 min manat könüllü, 1,904 min manat isə icbari sığorta növlərinin payına düşüb. Daxilolmalarda ən çox sığorta haqqı «Avtonəqliyyat vasitlərinin sığortası» (27,289 min manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (2,536 min manat) və «Yüklərin sığortası» (2,331 min manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqlarında payı müvafiq olaraq 75%, 7% və 6,4% təşkil edib.

Xatırladaq ki, təsisçisi iki yerli fiziki şəxs olan «Meqa Sığorta» şirkəti 1998-ci ildən «Naxçıvan Sığorta» şirkəti kimi fəaliyyətə başlayıb. Lakin 2001-ci ildə şirkətin brendi «BE&G»ə, 2010-cu ilin oktyabr ayından isə «Meqa Sığorta»ya dəyişdirilib.

Şirkət müştərilərə 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR