Bank Of Baku

Azərbaycanda nağd dollarla əməliyyatların həcmi artır

Azərbaycanda nağd dollarla əməliyyatların həcmi artır
# 03 may 2011 10:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda əhali tərəfindən kommersiya bankları vasitəsi ilə nağd ABŞ dollarının satış həcmi 2011-ci ilin yanvar-mart aylarında 326,4 mln. dollar təşkil edib ki, bu da ötən ilin I rübünə nisbətən 29,5% çoxdur.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, banklardan alınan nağd dolların həcmi həmin müddətdə 1 403,1 mln. dollara bərabər olub ki, bu da illik müqayisədə 22,3% çoxdur.

Qeyd edək ki, nağd dollarla aparılan əməliyyatlarda artım tendensiyası aktivləşib və ilin əvvəlindən davam edərək tədricən möhkəmlənir. İlin əvvəlindən başlayan neftin bahalaşması ölkə iqtisadiyyatına pul axınını artırıb, ticarət, daşınmaz əmlak və digər sahələrdə canlanmanın yüksəlməsi kimi amillərlə yanaşı məzənnə amili də rol oynamağa başlayıb. Belə ki, cari ilin əvvəlindən dolların manata qarşı məzənnəsi tədricən ucuzlaşır ki, həmin amil fevral və daha çox mart aylarında əhalinin dollara olan etimadını azaltmağa başlayıb. Bu səbəbdən əhali nağd dolları tədricən manata və ya bahalaşan avroya konvertasiya edir. Göründüyü kimi, nağd dolların satışı üzrə artım tempi alış üzrə eyni göstəricindən yüksəkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR