Bank Of Baku

Azərbaycanda bank filiallarının sayı 646-ya çatıb

Azərbaycanda bank filiallarının sayı 646-ya çatıb
# 03 may 2011 11:13 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarının ümumi sayı 2011-ci ilin aprelin 1-nə 150 olub. Bunlardan 106-sı bank olmayan kredit təşkilatıdır.

Azərbaycan Mərkəzi Bankından (AMB) «APA-Economics»ə verilən məlumata görə, ölkədəki 44 bankın 1-i dövlət, 43-ü isə özəldir. Hesabat dövrünün sonuna ölkədə xarici kapitalın iştirakı ilə 22 bank fəaliyyət göstərib.

Xarici kapital 7 bankın nizamnamə kapitalının 50%-dən 100%-ə qədərini, 13 bankda kapitalın isə 50%-dən az olan hissəsini təşkil edir. Xarici bankların yerli filiallarının sayı isə 2-yə bərabərdir.

AMB-dən bildirilib ki, fəaliyyətdə olan bankların yerli filiallarının sayı 646-ya çatıb. Bunların 38-i dövlət, 608-i isə özəl bankların payına düşür. Yerli filialları olan bankların sayı 39-a, bank şöbələrinin sayı isə 123-ə bərabərdir. Bankların xaricdə fəaliyyət göstərən strukturlarının sayı 8 olub. Bunlardan 5-i nümayəndəlik, 2-si törəmə bank, digəri isə filialdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR