Bank Of Baku

Azərbaycanda dövlət ipoteka kreditləşməsi apreldə azalıb

Azərbaycanda dövlət ipoteka kreditləşməsi apreldə azalıb
# 03 may 2011 11:46 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu ilin aprel ayında Azərbaycan İpoteka Fondunun (AİF) xətti ilə əhaliyə 9,2 mln. manat həcmində ipoteka krediti verilib. Bu barədə «APA-Economics»ə AİF-dən məlumat verilib.

Apreldə verilən kreditlərin həcmi analoji mart göstəricisindən 9,8% azdır. Ümumilikdə, 2011-ci ilin ilk 4 ayında 26,4 mln. manatlıq ipoteka kreditləri verilib.

Bununla ipoteka kreditləşməsinin başlandığı 2006-cı ildən indiyədək AİF-in xətti ilə verilən ipoteka kreditlərinin ümumi həcmi 276,3 mln. manata çatıb. Nəticədə, mayın 1-nə Azərbaycanda adambaşına düşən ipoteka kreditinin həcmi 30 manatı keçib. Müqayisə üçün bildirək ki, ilin əvvəlində bu rəqəm 27,2 manat, aprelin 1-də 29,3 manat olub.

Apreldə AİF tərəfindən 5,9 mln. manatlıq kredit yenidən maliyyələşdirilib. İlin əvvəlindən yenidən maliyyələşdirmə 21,1 mln. manata çatıb. Ümumilikdə, indiyədək verilən ipoteka kreditlərinin 197,1 mln. manatı və ya 71,33%-i təkrar maliyyələşdirilib. Bu ilin əvvəlindən dövlət büdcəsindən AİF-ə 3,6 mln. manat ayrılıb.

Yanvar-aprel aylarında İpoteka Fondu 22 mln. manatlıq istiqraz buraxıb. Ümumilikdə, bu il fondun 60 mln. manatlıq istiqraz buraxması nəzərdə tutulub. İpoteka məqsədləri üçün dövlət tərəfindən ayrılan vəsaitlərin həcmi isə 14 mln. manat olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR