Bank Of Baku

Yaxın Şərq diktatorlarının İsveçrə banklarında dondurulan pullarının məbləği açıqlanıb

Yaxın Şərq diktatorlarının İsveçrə banklarında dondurulan pullarının məbləği açıqlanıb
# 03 may 2011 12:24 (UTC +04:00)
Bakı - APA-Economics. İsveçrə hökuməti Liviya lideri Müəmmər Qəddafinin, Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin və Tunisin sabiq dövlət başçısı Ben Əlinin ölkə banklarında saxlanılan və ümumi məbləği 830 mln. İsveçrə frankı (960 mln. dollar) olan hesablarını dondurub.

APA-Economics”in “The Wall Street Journal”a istinadən xəbərinə görə, dondurulmuş hesablardakı vəsaitlər həm diktatorların özünə, həm də yaxın ətraflarına aiddir.

Sözügedən məbləğin 360 mln. frankı Qəddafiyə, 410 mln. frankı Mübarəkə, 60 mln. frankı isə Ben Əliyə məxsusdur. İsveçrə XİN Yaxın Şərq diktatorlarının pullarının saxlandığı bankların adlarını açıqlamaqdan imtina edib.

“The Wall Street Journal” yazır ki, göstərilən vəsaitlərin Yaxın Şərq diktatorlarının İsveçrə banklarındakı bütün pullarını əks etdirməsi inandırıcı deyil. Belə ki, təkcə Liviya liderinin ABŞ banklarında saxlanılan 30 mlrd. dollardan çox vəsaiti dondurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR