Bank Of Baku

Azərbaycanda gömrük işçisi 4 aya 25 min dollar pul qazanıb

Azərbaycanda gömrük işçisi 4 aya 25 min dollar pul qazanıb
# 03 may 2011 12:27 (UTC +04:00)
Bunu «APA-Economics»ə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, hələ 1990-cı illərdən qüvvədə olan qaydalara əsasən, gömrük işçiləri tərəfindən aşkar edilən qaçaq malın müsadirəsi və satışından əldə olunan vəsaitin 1,75%-i pozuntunu aşkar edən gömrük əməkdaşına çatır: «Əgər pozuntunu bir neçə əməkdaş aşkar edibsə, onların hər biri 1,75%-lik mükafat alır».

Bu qaydalar əsasında bir qədər əvvəl Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarından biri bu ilin ilk 4 ayı ərzində 20 min manat pul qazanıb: «Buna səbəb onun aşkar etdiyi qaçaqmal və cərimələrdir». Komitə sədrinin sözlərinə görə, bu qayda gömrük işçilərinin daha ciddi işi üçün mühüm stimul rolu oynayır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR