Bank Of Baku

Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasına yeni sədr seçilib

Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasına yeni sədr seçilib
# 03 may 2011 12:30 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasına yeni sədr təyin edilib. Bunu «APA-Economics»ə açıqlamasında ASA-nın icraçı direktoru Azər Əliyev bildirib.

A.Əliyevin sözlərinə görə, qurumun təsisçilərinin növbədənkənar ümumi iclasının qərarı ilə ASA-nın Müşahidə Şurasının sədri vəzifəsinə Beynəlxalq Sığorta Şirkəti İdarə Heyətinin sədri Sadıx Məmmədov seçilib.

Qeyd edək ki, ASA-nın Müşahidə Şurasının sədrinin səlahiyyət müddəti 1 ildir. Hər il Beynəlxalq Sığorta Şirkəti, «Azərsığorta», «Atəşgah Sığorta», «Standard Insurance» və «AXA-MBASK» sığorta şirkətlərindən bir nəfər bu vəzifəni icra edir. İndiyədək «Standard Insurance» (Kamal İbrahimov) və «AXA-MBASK» (Cəmil Məlikov) şirkətlərinin nümayəndələri bu vəzifəni icra edib.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 28 sığorta şirkəti qurumun üzvdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı 5 min manat, ASA-nın 2011-ci il üçün büdcəsi təxminən 150 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR