Bank Of Baku

Azərbaycanda mərkəzləşdirilmiş kreditləşmənin həcmi artır

Azərbaycanda mərkəzləşdirilmiş kreditləşmənin həcmi artır
# 03 may 2011 13:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı tərəfindən həyata keçirilən yenidən maliyyələşdirmə əməliyyatları üzrə portfelin ümumi həcmi 2011-ci ilin aprelin 1-nə 1 940,1 mln. manat təşkil edib. Mərkəzi Bankdan «APA-Economics»ə verilən məlumata görə, son bir ildə kommersiya banklarına verilən mərkəzləşdirilmiş kreditlərin həcmi 578,1 mln. manat və ya 42,4% artıb. O cümlədən, cari ilin yanvar-mart aylarında artım 78,3 mln. manat və ya 4,2% olub.

Mərkəzləşdirilmiş kreditlərin artması fonunda onların artım tempi əvvəlki dövr ilə müqayisədə kəskin azalıb. Belə ki, 2008-ci ildə artım 2,4 dəfə, 2009-cu ildə 5,7 dəfə olduğu halda, 2010-cu ildə bu göstərici yalnız 41,5%-ə bərabər olub.

Beləliklə, həmin fakt bankların Azərbaycanda mərkəzləşdirilmiş kreditləşməyə olan ehtiyacının kəskin azaldığını göstərir. Bu isə öz növbəsində bank sistemində likvidliyin artmasının daha bir göstəricisidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR