Bank Of Baku

BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi apreldə 27% artıb

BBVB-nin valyuta bölməsində əməliyyatların həcmi apreldə 27% artıb
# 03 may 2011 14:07 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayında Bakı Banklararası Valyuta Birjasının (BBVB) valyuta bölməsində keçirilən 42 ticarət sessiyasında 44 alqı-satqı əqdi qeydə alınıb. Ümumilikdə, bu əməliyyatlarda 13 bank təşkilatı iştirak edib.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında valyuta bölməsində keçirilən elektron əməliyyatlarının həcmi 124,408 mln. manat və ya dollar ekvivalentində 157,342 mln. təşkil edib. Bu isə mart ayı ilə müqayisədə 27%, ötən ilin aprel ayı ilə müqayisədə isə 3,2 dəfə çoxdur.

Aprel ayında EUR/AZN aləti üzrə dövriyyə 9,085 mln. manat təşkil edib və bu alət üzrə avronun manata qarşı orta ölçülmüş məzənnəsi 1,1356 manat olub.

Hesabat ayında həmçinin Birja Elektron Ticarət Sistemində (BEST) USD/AZN üzrə orta gündəlik dövriyyə təxminən 7,492 mln. dollara çatıb, halbuki hər əqdin orta həcmi 3,576 mln. dollar təşkil edib.

Eyni zamanda, aprel ayında BBVB-nin valyuta bölməsində keçirilən hərraclar üzrə qabaqcıl bankların beşliyi müəyyənləşib. Hərracların ümumi həcmində ən yüksək paya Azərbaycan Beynəlxalq Bankı (37,50%), «Azərbaycan Sənaye Bankı» (13,75%), «AGBank» (5,07%), «Unibank» (3,52%) və «Bank Respublika» (1,59%) malik olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR