Bank Of Baku

Azərbaycanda dolların birja məzənnəsi apreldə 0,2% düşüb

Azərbaycanda dolların birja məzənnəsi apreldə 0,2% düşüb
# 03 may 2011 14:26 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin aprel ayı ərzində Bakı Banklararası Valyuta Birjasında (BBVB) USD/AZN_TOD aləti üzrə Azərbaycan manatının ABŞ dollarına qarşı məzənnəsi 0,2% artıb.

BBVB-dən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında dolların məzənnəsi 0,7913 AZN-dən 0,7900 AZN-ə düşüb. Nəticədə, milli valyutanın dollara qarşı nisbi ortaölçülü birja məzənnəsi apreldə 0,7907 AZN-ə bərabər olub. Halbuki, mart ayında bu göstərici 0,7925 AZN təşkil edib.

Xatırladaq ki, aprel ayında BBVB-nin valyuta bölməsində keçirilən 42 ticarət sessiyasında 13 bankın iştirakı ilə 124,408 mln. manat və ya 157,342 mln. dollar həcmində 44 alqı-satqı əqdi qeydə alınıb. Bu isə mart ayı ilə müqayisədə 27% çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR