Bank Of Baku

Azərbaycanda bank kassa dövriyyəsi artıb

Azərbaycanda bank kassa dövriyyəsi artıb
# 03 may 2011 14:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sistemində kassa dövriyyəsinin mədaxil hissəsi 2011-ci ilin yanvar-mart aylarında 5 157,4 mln. manat, məxaric hissəsi isə 5 093 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, kassa dövriyyəsinin mədaxil hissəsi ötən ilin yanvar-mart aylarına nisbətən 22,8%, məxaric hissəsi isə 18,9% artıb.

Göründüyü kimi, ilk rübün yekununda bank kassa dövriyyəsində 64,4 mln. manatlıq müsbət saldo yaranıb, halbuki ötən ilin eyni dövründə 85,1 mln. manat həcmində mənfi saldo müşahidə olunub.

Bank kassa dövriyyəsinin mədaxilinin əsas hissəsi bankların hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə daxilolmalarının payına düşüb. Belə ki, bu mənbədən bank kassalarına 3 024,2 mln. manat və ya ümumi mədaxilin 58,6%-i daxil olub. Digər mənbələrin sırasında 1 013,9 mln. manat və ya xüsusi çəkisi 19,7% olan hüquqi şəxslərdən daxilolmaları, 438,2 mln. manat və ya xüsusi çəkisi 8,5% olan fiziki şəxslərdən daxilolmaları qeyd etmək olar.

Bank kassa dövriyyəsinin məxaric hissəsində isə hüquqi və fiziki şəxslərlə maliyyə əməliyyatları üzrə ödənişlərin payına 1 619,5 mln. manat və ya 31,8%, bankomatlara pul qoyuluşu - 1 719,6 mln. manat və ya 33,8%, hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxslər üzrə ödənişlərin payına isə 1 619,5 mln. manat və ya 31,8% düşüb.

Əvvəlki dövrdən qalan kassa qalığı nəzərə alınmaqla, aprelin əvvəlinə bank kassa qalığı 221,5 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR